İranın bir çox bölgəsində, xüsusilə şənbə günü, idarələr və məktəblərin enerji çatışmazlığı və güya havanın çirklənməsi səbəbindən bağlanacağı bildirilir.
Musavat.com xəbər verir ki, dünyanın ən zəngin enerji resurslarına malik olan ölkələrdən biri olan İranda elektrik təchizatında yaşanan problemlər, son dövrlərdə xüsusilə qış aylarında daha da pisləşib. Elektrik stansiyalarının yüksək tələbi qarşılamaqda çətinlik çəkməsi, bununla yanaşı, təbii qazın qıtlığıi, böyük şəhərlərdə və kəndlərdə enerji kəsintilərinə səbəb olub.
İran hökuməti, enerji tələbinin yüksək olduğu dövrlərdə enerjinin düzgün bölüşdürülməsi üçün müəyyən tədbirlər tətbiq edib. Lakin, bu tədbirlər hələ də ölkənin enerji böhranını tam həll etməyə yetərli olmayıb.
Musavat.com