İnsanlara hürriyət, millətlərə istiqlal!

Müştərinin çənəsini sındıran “Yelo Bank”ın filial müdirinin FOTOSU  

1359 13.03.2025 16:48 Ölkə A A

Xəbərimiz verdiyimiz kimi “Yelo Bank”ın Elmlər filialında filial müdiri müştərini döyərək çənəsini sındırıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün feysbuk səhifəsində paylaşıb.

Vəkil qeyd edib ki, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:

“Müdir əvvəlcə müştəriyə “bas bayıra” deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?”- deyə vəkil qeyd edib.

Hadisənin yeni təfərrüatları məlum olub. Aqil Layıcın statusuna şərh yazan şəxslərdən qeyd edib ki, davanın baş verməsinə səbəb çənəsi sınan şəxsin filial müdirini söyməsi olub.

Əldə etdiyimiz məlumata görə zərərçəkmiş şəxs Təbriz Quliyev olub. Təbriz Quliyev isə insident zamanı söyüş söyülmədiyini, Vüqar Xəlilovun müştərilərlə kobud danışdığını və mübahisənin də buna görə baş verdiyini deyib.

Qeyd edək ki, insidentlə bağlı cinayət işi açılıb.

Vüqar Xəlilovun fotosunu təqdim edirik:

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR