Moskva Ukrayna ilə müvəqqəti atəşkəs ideyasını dəstəkləmir, münaqişənin uzunmüddətli nizamlanmasının tərəfdarıdır.
"Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
"Bizim məqsədimiz ölkəmizin qanuni maraqlarını və narahatlıqlarımızı nəzərə alan dayanıqlı sülh nizamlanmasına nail olmaqdır. Biz buna çalışırıq", - Y.Uşakov "Rossiya 1" (VQTRK) telekanalına müsahibəsində bildirib.
O əlavə edib ki, hazırkı vəziyyətdə "sülh prosesini təqlid edən hər hansı addımları" zəruri hesab etmir.