İnsanlara hürriyət, millətlərə istiqlal!

Müğənni dəniz hakimə “Yeni Müsavat”dan şikayət etdi - Vəzifəli şəxslərə böhtan atmışdı

579 13.03.2025 17:09 Ölkə A A

Özünü müğənni kimi təqdim edən Dəniz Əsədova hakim qarşısına çıxarılır. O, dörd nəfəri təhqir etməkdə və onlara böhtan atmaqda ittiham edilir. Əsədova sosial şəbəkələrdə hakimləri, prokurorluq əməkdaşlarını və digər vəzifəli şəxsləri də təhdid etməsi ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, onun barəsində Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında dörd şikayət daxil olub. İddiaçılar arasında tanınmış vəkillər və həkimlər var.

Bu gün keçirilən iclasda D.Əsədova çıxış edib. O, özünü təqsirli bilməyib və barəsində bəraət hökmü çıxarılmasını istəyib. Həmçinin hakimdən xahiş edib ki, məhkəmədən kənara xəbər çıxmasına icazə verilməsin. O, barəsində “Yeni Müsavat” qəzetində və Musavat.com saytlarında yazı yazıldığını və buna etiraz etdiyini deyib.

Qeyd edək ki, D.Əsədova həmin şəxsləri özünə məxsus sosial şəbəkə hesablarında təhqir və təhdid edib. Bu məhkəmə prosesləri uzun müddətdir davam edir və proseslərin uzanmasının bir neçə səbəbi var. Bütün bu səbəblər Dəniz Əsədovadan asılı olub.

O, bir neçə dəfə vəkil dəyişərək işin uzanmasına səbəb olub. Bir neçə dəfə də məhkəmə çağırışlarına məhəl qoymayıb. Binəqədi Rayon Məhkəməsi Əsədova barəsində məhkəməyə gəlmədiyi üçün iki dəfə də axtarış elan edilib. Əsədova sonradan məhkəməyə könüllü getdiyi üçün barəsində axtarış dayandırılıb.

Əsədovanın fəaliyyətində diqqət çəkən bir neçə məqam da var. O, sosial şəbəkə hesablarında daha əvvəl də ayrı-ayrı şəxsləri təhqir etdiyi üçün məhkəmə tərəfindən cəzalandırılıb. Həmçinin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə məhkum edilib.

Onun sosial şəbəkə hesablarından prokurorluq əməkdaşlarını, hakimləri və digər hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərini təhdid və təhqir etməsi ilə bağlı bir neçə videogörüntü də var.

İ.Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR