Rusiyada fəaliyyət göstərən “Xalqın çağırışı” ictimai hərəkatı azərbaycanlı yarışmaçı, “Nə? Harada? Nə vaxt” viktorinasının iştirakçısı Rövşən Əsgərovun Ukrayna ordusu tərəfindən Belqoroda zərbələr endirilərkən dediyi sözlərə görə cəzalandırılmaslnı tələb edir.
Musavat.com xəbər verir ki, bu barədə aif.ru saytına hərəkatın sədri Sergey Zaytsev məlumat verib.
Xaricə qaçan Əsgərov Yuri Dudaya müsahibəsində bildirib ki, Ukrayna raketlərinin Belqoroda zərbə endirməsinə görə bir misqal da acımır.
Zaitsev aif.ru ilə söhbətində onun açıqlamalarını əxlaqsızlıq adlandırıb. Bundan əlavə, o qeyd edib ki, “xarici agent”in sözlərində nifrətin qızışdırılması və terrora haqq qazandıran əlamətlər ola bilər.
“Rövşən Əsgərovun Ukrayna Silahlı Qüvvələrinin Belqorodda dinc sakinləri atəşə tutması ilə bağlı təəssüf hissi keçirmədiyini ifadə edən bəyanatları bizdə hədsiz hiddət və ikrah doğurur. Bunlar qeyri-insani sözlərdir ki, heç nə ilə əsaslandırıla bilməz. Bununla əlaqədar, biz şübhəsiz ki, Rövşən Əsgərovun ifadələrində Rusiya qanunvericiliyinə uyğun olaraq cinayət tərkibinin olub-olmadığını müəyyən etmək üçün Rusiya Federasiyasının İstintaq Komitəsinə hərtərəfli yoxlanılması tələbi ilə müraciət edəcəyik”, - “Xalqın çağırışı”nın sədri bildirib.
Aif.ru saytının həmsöhbəti hüquq-mühafizə orqanlarının bu sözlərə lazımi qiymət verəcəyinə və müvafiq tədbirlər görəcəyinə ümid etdiyini bildirib”.
Əsgərov artıq nasizmin reabilitasiyası üçün axtarışa verilib. Bundan əvvəl o, marşal Jukovu “talançı” adlandırıb. Ancaq necə olur ki, rusiyalı tarixçilərin təsbit etdiyi bu gerçək Əsgərovun dilindən səsləndikdə cinayət təqibənə əsas verir, bu, müəmmalıdır. Bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi Əsgərovu yenidən axtarışa verib.
Musavat.com