İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda Azərbaycana qarşı nifrət kampaniyası aparılırdı-Şərh

473 27.01.2023 13:57 Siyasət A A


“Bu, Azərbaycana qarşı növbəti təxribatdır. Diplomatik əlaqələr haqqında 1961-ci ilin Konvensiyası kobud şəkildə pozulub”.


Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu Musavat.com-a şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirdi ki, bir ildir İranda Azərbaycana qarşı açıq-aydın nifrət kampaniyası aparılır. Onun sözlərinə görə, İran bu məsələdə hökumətin əlinin olmamasını iddia etsə də, səfirliyin təhlükəsizliyi gücləndirilməli idi: “Belə hadisələrin qarşısı alınmalıdır. Güman edirəm ki, hadisəni kiminsə fərdi şəkildə törətdiyini iddia edəcəklər. Məlumata görə, artıq bir nəfər saxlanıb və o bunu şəxsi zəmində törətdiyini bildirib”.

F.Şəfiyev xatırlatdı ki, Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı son iki ildə bir sıra hücumlar olub: “Londondakı hücumu radikal dini qruplar törətmişdi. Onlar İranla bağlı idilər. Parisdə, Beyrutda, Vaşinqtondakı səfirliklərimizə erməni radikalları hücum etmişdi. Bu da müəyyən kontekst yaradır. Ölkələr bununla bağlı müəyyən tədbirlər görməlidirlər. İsrail və ABŞ səfirliklərinə qarşı qlobal təhlükə olduğu üçün təhlükəsizliyi etibarlı şəkildə təmin etmək üçün müvafiq addımlar atılır. İran da bunu etməli idi. Bu hadisə ikitərəfli əlaqələrə mənfi təsir göstərəcək”.


Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR