İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda 73 jurnalist həbs edilib- Aksiyalar zamanı  

314 06.01.2023 14:18 Region A A


İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən 110 günlük etiraz aksiyaları zamanı 73 jurnalist həbs edilib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, həbs edilən media işçilərinin 38-i jurnalist, 25-i əyalət müxbirləri və 10 nəfəri isə fotojurnalistlərdir. Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən "Şərq" qəzetinin əməkdaşlarının da adı var.

Novşəhrdə keçirilən ümummilli etirazlar zamanı həbs edilən 18 yaşlı gənc Arşiya Təkdəstan "korrupsiya" və "müharibə" ittihamları ilə İnqilab Məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilib.

Bütün bunlara baxmayaraq etirazlar davam edir. Etirazçılar Yəzd şəhərində etirazçılar Qasım Süleymaninin banerin yandırıblar.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR