İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda 21 min kənd dağıldı

2387 11.07.2023 17:32 Hadisə A A

1979-cu il inqilabından sonra İranda 20.500 kənd tamamilə dağılıb və əhalisi şəhərlərə köçmək məcburiyyətində qalıb.

Axar.az xəbər verir ki, bu barədə İranın Məsləhət Şurasının üzvü Əli Ağaməhəmmədi İran televiziyasına müsahibəsində deyib.

“İnqilabın əvvəlində 60 min kəndimiz var idi, indi isə 39 min 500 kənd qalıb və onlardan 13 mini gəlir çatışmazlığına görə dağılmaq təhlükəsilə üz-üzədir”, - o bildirib.

Qeyd edək ki, bir neçə gün öncə İranın energetika nazirinin parlament işləri və hüquqi məsələlər üzrə müavini Əhməd Heydəri ölkədə mövcud olan kəndlərin yarısının su böhranı ilə üzləşdiyini, bunun kəndlilərin mühacirətinə səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR