İran İsrailin toxunulmazlıq qazanmasının beynəlxalq hüququ iflic etdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera" telekanalına müsahibəsində İsrailə qarşı hərbi və ticarət sanksiyalarının tətbiq edilməsinin zəruri olduğunu bildirib.
Nazirin sözlərinə görə, İsrailə göstərilən siyasi və hüquqi himayə beynəlxalq hüququn əsas prinsiplərini zəiflədir və təhlükəli presedent yaradır. Əraqçi vurğulayıb ki, beynəlxalq institutların səssizliyi humanitar hüququn normalarının faktiki olaraq görməməzliyə vurulmasına gətirib çıxarır.
O, İsrailin “ekspansionist” siyasətinin Yaxın Şərqdə sabitliyə ciddi zərbə vurduğunu, bölgədə gərginliyi daha da artırdığını qeyd edib. Nazir bildirib ki, davam edən hərbi əməliyyatlar və birtərəfli addımlar regional təhlükəsizliyi təhdid edir, yeni münaqişə ocaqları yaradır.
Əraqçi beynəlxalq ictimaiyyətə çağırış edərək yalnız bəyanatlarla kifayətlənməməyi, İsrailə qarşı konkret hərbi və ticarət sanksiyalarının tətbiq olunmasını tələb edib. Onun fikrincə, real və təsirli addımlar atılmadığı təqdirdə regionda böhran daha da dərinləşəcək.
Musavat.com






