İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Şimal-Cənub Dəhlizi ilə Rusiyaya 10 milyon ton yük daşıyacaq

741 06.07.2022 15:22 İqtisadiyyat A A

İran və Rusiya Şimal-Cənub Dəhlizi marşrutu ilə 10 milyon ton yükün Rusiyaya tranzit daşınması barədə razılığa gəlib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə deyib.

 

O bildirib ki, Rusiya ilə Avropa İttifaqı arasında ticarət mübadiləsi 250 milyard avrodan çox olub və Rusiyada baş verən son durum bu mübadilələrin azaldıb. Bunu nəzərə alaraq İran tranzit sahəsində Rusiya üçün çox yaxşı marşrut ola bilər.

O əlavə olaraq qeyd edib ki, hazırda iki ölkə arasında təxminən 4,5 milyard dollarlıq ticarət mübadiləsi var.

Rəşt-Astara dəmir yolunun tamamlanması ilə bağlı Rusiya ilə razılaşmalara toxunan Şəhriyar Əfəndizadə bildirib ki, eyni müqavilədə Rəşt-Astara dəmir yolu layihəsinin tamamlanması və 160 km-lik hissəsinin istismara verilməsi üçün iki tərəf arasında razılıq əldə olunub. Bu yol istismara verildikdən sonra biz Bəndər-Abbasdan birbaşa Azərbaycanın Astarasına dəmir yoluna, oradan da Rusiyaya yükləri daşıma imkanımız olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR