İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran səfirliyinin qalan əməkdaşları da rədd olub getməlidir” - Deputatdan SƏRT AÇIQLAMA

793 07.04.2023 12:34 Gündəm A A

“İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasına eriraz bəyanatı qəbul etməsi heç bir siyasi və diplomatik etikaya sığmır. Son vaxtlar İrandakı fars-molla rejiminin ölkəmizə qarşı təxribatçı və düşmənçilik hərəkətlərinin davamlı şəkil alması qonşuluq münasibətlərini heçə endirir”.

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Musa Quliyev parlamentin aprelin 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, deputat həmkarı Fazil Mustafaya qarşı törədilən terror aktı, bundan bir az əvvəl Tehrandakı səfirliyimiziə xain hücum, İran rəsmlərinin ölkəmizə qarşı söylədikləri arasıkəsilməz hədyanlar, İranın Ermənistanla münaqişənin həllində, xüsusi ilə Zəngəzur dəhlizi barəsində tutduğu destruktiv mövqe onu göstərir ki, bu dövlətin başında dayanan şovinist fars-molla rejimi xain və çirkin əməllərindən əl çəkmək niyyətində deyil: “İran rejiminin bu mövqeyi bizi dövlətlərarası münasibətlərimizə yenidən baxmağa məcbur edir. Görəsən İran siyasiləri fərqindədilərmi ki, ətraflarındakı müsəlman dövlətləri ilə dostluq münasibətləri yoxdur? Yalnız işğalçı və terrorçu Ermənistandır İranın dostu”.

Musa Quliyev xatırladıb ki, 30 il ərzində İran Qarabağda müsəlmən qəbirlərinin dağılmasına biganə qaldı, məscidlərin dağıdılmasına, Allahın evində donuz saxlayanlara etiraz səsini qaldırmadı: “Dünən İranın 4 diplomatı casusluq fəaliyyətinə görə “non grata” elan edilib. Mən hesab edirəm ki, qalan əməkdaşları da rədd olub getməlidir və o səfirlik adlanan casus və intriqa yuvası bağlanmalıdır. İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunan terrorçuların və təxribatçıların qısa müddət ərzində aşkarlanıb tutulması Azərbaycanın hüquq-mühafizə orqanlarının yüksək peşəkarlığının göstəricididir. Göstərdikləri operativliyə və peşəkarlığa görə DTX, DİN və Respublika Prokurorluğu rəhbərliyinə, əməkdaşlarına minnətdarlığımı bildirirəm. Bu birgə əməliyyat bir daha göstərdi ki, Azərbaycan güclü dövlətdir, asayişin mühafizəsi etibarlı əllərdədir və heç bir düşmən qüvvə ictimai sabitliyi pozmağa nail ola bilməyəcək”.

Deputat hesab edir ki, terrorçu-təxribatçı qrup və şəbəkə daha geniş şəkildə üzə çıxarılmalı, maliyyələşdirmə mənbələri, bütün əlaqələri, müxtəlif özəl və dövlət qurumlarına sızıntıları aşkarlanmalı və təhlükəsiz vəziyyətə gətirilməlidir:

“Dini inanclı insanlarımızın radikallaşdırılmasına aparan bütün yollar bağlanmalıdır. İran siyasiləri anlamalıdırlar ki, demokratik, hüquqi, suveren Azərbaycan dövlətini təhdid etmək fars-molla rejiminin nə başı, nə əmmaməsi üçündür. Hər kəs bilməlidir ki, Azərbaycan güclü dövlətdir, ölkədə olduqca möhkəm və etibarlı Prezident-xalq birliyi mövcuddur və heç bir qüvvə bizim iradəmizi sarsıda bilməz”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR