İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Rəşt-Astara dəmiryolunun tikintisini Rusiyaya verdi – Azərbaycanın 500 milyon dolları necə oldu?

3393 17.05.2023 13:35 İqtisadiyyat A A

Hazırda İran və Rusiya prezidentlərinin iştirakı ilə Tehranda iki ölkə arasında Rəşt-Astara dəmiryol xəttinin tikintisinə dair sazişin imzalanması mərasimi keçirilib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, müqaviləyə əsasən dəmiryol xəttinin layihələndirilməsi, tikintisi, tikintiyə xidmət və malların təminatını iki ölkə birlikdə maliyyələşdirəcək.

Müqaviləni İranın yol və şəhər inkişafı naziri Mehrdad Bazparş və Rusiyanın nəqliyyat naziri Vitali Savelyev imzalayıb. Rusiya prezidenti Vladimir Putin mərasimə videobağlantı ilə qatılıb. Rusiya baş nazirinin müavini Aleksandr Novak da Tehrandakı mərasimdə iştirak edib.

Müqaviləyə əsasən 170 km uzunluğunda dəmiryol xəttinin Astaraya qədər olan hissəsini İran və Rusiya, İran Astarasından Azərbaycan Astarasına qədər olan hissəsini isə 3 ölkə birlikdə inşa edəcək.

Qeyd edək ki, Rəşt-Astara dəmiryol xətti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissəsinin əsas həlqəsidir. 2018-ci ildə İran həmin hissənin tikintisi üçün Azərbaycandan 500 milyon dollar güzəştli kredit alıb, əvəzində tikintinin Azərbaycan şirkətləri tərəfindən reallaşdırılması razılaşdırılıb. Lakin ötən müddət ərzində tikintinin layihələndirilməsi və sair istiqamətdə heç bir real addım atılmayıb. İndi isə Tehran tikintini maliyyələşdirməsi üçün Rusiya ilə razılığa gəlib, əvəzində tikinti işlərini Rusiya şirkətləri həyata keçirəcəklər. Rusiya mətbuatının yazdığına görə, yolla yükdaşımalarda Rusiyaya böyük imtiyazlar verilib.

A.Novak mərasim zamanı bildirib ki, dəmiryol xəttinin tikintisi üçün Rusiya İrana dövlətlərarası razılaşma əsasında 1,3 milyard dollar kredit ayırıb.

Dünya,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR