İnsanlara hürriyət, millətlərə istiqlal!

İran neftini Çinə aparan tanker Sinqapur sahillərində yandı – Tehran...

806 21.07.2024 01:40 Dünya A A

İranın Neft Nazirliyi Qərb mediasının Sinqapur sahillərində yanan tankerlərdən birinin onlara məxsus nefti Çinə daşıması ilə bağlı iddialarını təkzib edib.

Musavat.com xəbər verir ki, nazirliyin açıqlamasını Shana xəbər agentliyi yayıb.

Məlumatda qeyd olunur ki, “zərər çəkən tankerlərin heç birinin İranla əlaqəsi yoxdur və onların heç biri İran neftini daşımırdı”.

Qeyd edək ki, iyulun 19-da Sinqapurun Pedra Branka adasından 55 km şimal-şərqdə Hafnia Nile və Ceres I tankerləri yanıb. Onlar Sinqapur, San-Tome və Prinsipi bayraqları ilə üzürdü. Reuters agentliyi mənbələrə istinadən xəbər verir ki, Ceres I Çin istiqamətində 2 milyon barel İran neftini aparırmış.

Hadisə Çin, Yaponiya və Cənubi Koreyanı Yaxın Şərq və Avropa ilə birləşdirən dünyanın ən işlək gəmi yollarından birində baş verib.
Qeyd edək ki, son aylarda ABŞ Sinqapur və Malaziyanı İran neftinin gizli şəkildə Çinə daşınmasının təşkilində ittiham edərək, 20-dək tankeri sanksiya siyahısına salıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR