İnsanlara hürriyət, millətlərə istiqlal!

İran münaqişəsi bu məşhur maddəni də bahalaşdırdı

3601 10.05.2026 09:25 İqtisadiyyat A A

İranla bağlı vəziyyət qlobal kükürd turşusu tədarükünü pozub və onun qiymətinin kəskin artmasına səbəb olub.

Musavat.com Wall Street Journal qəzetinə istinadən xəbər veror ki, Körfəz müharibəsi və Çinin yeni ixrac məhdudiyyətləri kükürd turşusunun qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub və dünyanın qida, metal, kağız, kompüter çipləri və təmiz su üçün asılı olduğu kimyəvi maddənin mövcudluğu ilə bağlı narahatlıqlar yaradıb.

Kükürd turşusu gübrələrin yaradılması və mis və digər metalların süzülməsi üçün istifadə olunur.

Qəzet "Argus" gübrələrinin qiymətləri üzrə ekspert Sara Marlouya istinadən əlavə edir ki, Çinin kükürd turşusu tədarükünə qoyduğu məhdudiyyətlərdən ən çox Çili və İndoneziya zərər çəkə bilər. 

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR