İnsanlara hürriyət, millətlərə istiqlal!

İran limanlarına tətbiq edilən blokada ləğv olundu

555 18.06.2026 22:21 Dünya A A

ABŞ İran limanlarına tətbiq olunan hərbi blokadanı dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, ABŞ prezidentinin göstərişi ilə İran limanlarına və sahilyanı bölgələrinə gedən, eləcə də həmin ərazilərdən çıxan bütün dəniz yolları üzrə tətbiq edilən məhdudiyyətlər ləğv olunub. Bildirilib ki, ABŞ Silahlı Qüvvələri artıq İranın Fars və Oman körfəzlərində yerləşən limanlarına daxil olan və ya oradan çıxan gəmilərin hərəkətinə mane olmur.

CENTCOM vurğulayıb ki, blokadanın icrası ilə bağlı ABŞ tərəfindən həyata keçirilən bütün tədbirlər dayandırılıb. Bununla yanaşı, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri bölgədə qalmağa davam edəcək.

Açıqlamada qeyd olunub ki, hərbi gəmilərin bölgədə qalmasının məqsədi əldə olunmuş razılaşmanın bütün şərtlərinə əməl olunmasına nəzarət etməkdir.

Musavat.com

photo_2026-06-18_21-24-01.jpg (47 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR