İnsanlara hürriyət, millətlərə istiqlal!

İran həyəcan təbili çalır, Azərbaycan məqsədinə yaxınlaşır - Şərh

907 20.12.2022 14:49 Gündəm A A

“Bu fikirləri yazan iranlı ekspertə səmimiliyinə görə təşəkkür etmək lazımdır. İndiyə qədər bütün iranlı ekspertlər, eləcə də rəsmilərin addımları ilə bəyanatları uzlaşmırdı, bir-birinə zidd idi. Bunu yalnız riyakarlıq adlandırmaq olar, başqa cür təsvir etmək çox çətindir. Söz və fərqli əməlləri bəziləri klassik İran diplomatiyası da adlandırırlar. Bu cür səmimi danışan ekspertlər çox azdır”.

Bu fikirləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov Musavat.com-a İrandan gələn ziddiyyətli açıqlamaları şərh edərkən bildirib.

Ekspert hesab edir ki, buradan iki nəticə çıxarmaq olar: “İlk növbədə bu bizim düz yolda olduğumuzu bir daha sübut edir. Artıq hamı anlayır ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə tam çatmağa çox yaxındır. İkincisi, yaranan vəziyyət Azərbaycana qarşı olan bütün qüvvələri öz narahatlıqlarını açıq ifadə etməyə məcbur edir. Bu cür həyəcan təbili çalmağa məcbur edir. İran niyə narahatdır? Ona görə ki, öz problemini tam həll etmiş və güclü Azərbaycan İranın ən pis kabusudur”.

Qeyd edək ki, İranın diplomatik dairələrinə yaxın olan “İran diplomatiyası” (www.irdiplomacy.ir) saytında “İranın ərazi bütövlüyünün qırmızı xətti olan bölgə: Tehran Qarabağda passiv yanaşmadan əl çəkməlidir” başlıqlı məqalə dərc olunub. Məqalədə Qarabağ ermənilərinin İranın bölgədəki kapitallarından biri olduğu, 1990-cı illərdə İran bu potensialdan istifadə etdiyi və Tehranın dəstəyi ilə Dağlıq Qarabağın baş naziri olmuş Robert Koçaryanın 1998-ci ildə Ermənistanın baş naziri postunu tuta bildiyi qeyd olunub: “Ondan sonra Serj Sarkisyan da eyni yolu davam etdirdi və 20 il ərzində İrəvanın xarici siyasəti “Qarabağlılaşma” istiqamətində hərəkət etdi. Qarabağlıların rəhbərlik etdiyi Ermənistan regionda tarazlığın yaradılmasında önəmli rol oynadı, lakin 2018-ci ildə Sarkisyanın devrilməsi və Paşinyanın hakimiyyətə gəlməsi ilə bu rol aradan qalxdı”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR