İnsanlara hürriyət, millətlərə istiqlal!

İran güneyli alimi asacaq, İsveç XİN işə qarışdı, amma... - ŞOK DETALLAR

2085 03.07.2024 10:44 Dünya A A

İranda edam riski ilə həbsdə saxlanılan güneyli alimin xanımı İsveç XİN rəhbəri ilə görüşdən sonra deyib ki, çox məyusdur.

Güney Azərbaycana bağlı Telegram kanalları yazır ki, ikili vətəndaşlığı olan güneyli alim Əhmədrza Cəlali hazırda İranda edam cəzası riski ilə mühakimə olunur.

Onun xanımı Vida Mehrannia qızı ilə birlikdə dünən ərinin azadlığa buraxılmasına razı salmaq üçün İsveçin xarici işlər naziri Tobias Billström ilə görüşüb.

Musavat.com-un əldə etdiyi məlumata görə xanım Mehrannia görüşdən sonra deyib: “Onlar mənə dedilər ki, bu məsələnin üzərində işləyirlər, ancaq heç nə dəqiqləşdirməyiblər. Mən çox məyus oldum”.

İsveçin XİN başçısı isə güneyli alimin xanımı ilə görüşün ardınca bildirib: “Mən cənab Cəlalinin ailəsinin məyus olmasına dərindən kədərlənirəm. Ancaq bu görüşdə nələrin müzakirə edildiyi barədə detallara varmaq istəmirəm”.

Qeyd edək ki, Əhmədrza Cəlali 2016-cı ildə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra tutulub. 2017-ci ildə o, “İsrailə casusluq etmək”də günahlandırılaq edam cəzasına məhkum edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR