İnsanlara hürriyət, millətlərə istiqlal!

İran bu gecə dəniz təlimlərinə başlayır

525 29.12.2022 18:20 Region A A

İran Hind okeanının şimal hissəsində təlimlər keçirməyi planlaşdırır.

"Report" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu bəyanatla İran admiralı Həbibullah Siyari çıxış edib.

Hörmüz boğazının şərq hissəsində, Hind okeanının şimal hissəsində şimal enliyinin 10-cu paralelinə qədər keçiriləcək "Zülfikar 1401" təlimi bu gecə başlayacaq.

Təlimlərdə dəniz qüvvələri ilə yanaşı, quru qoşunlarının müxtəlif hissələri iştirak edəcək, hava hücumundan müdafiə sistemləri və strateji bombardmançı təyyarələr iştirak edəcək.

Admiral təlimin məqsədinin İran Silahlı Qüvvələrinin müxtəlif bölmələrinin birgə əməliyyatlarının planlaşdırılması olduğunu bildirib.

Bundan əvvəlki dəniz təlimləri oktyabrın 12-də Omanla birgə keçirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR