İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Azərbaycanla sərhəddə qoşun toplayır - VİDEO

1810 09.09.2023 13:20 Gündəm A A

İran rejimi Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika yeridir.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, SEPAH-ın “Telegram” kanalı Araz çayı üzərində kəşfiyyat uçuşu həyata keçirən İran helikopterinin apardığı çəkilişin görüntülərini paylaşıb.

Paylaşılan videoda İran ərazisindən sərhədə doğru hərbi texnikanın daşındığı əks olunub.

Görüntüləri İranın Teleradio və Yayım Təşkilatının təhlükəsizlik və hərbi müxbiri Yunis Şadlunun yayımladığı bildirilib. Yunis Şadlu, həmçinin bu paylaşımına verdiyi şərhdə İranın sərhəd ölkələrinə bununla açıq şəkildə xəbərdarlıq etdiyini deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR