İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Azərbaycanı sevməyən dövlətlərlə əməkdaşlıq edir- ŞƏRH

772 27.01.2023 12:32 Siyasət A A

“İranın siyasi rejiminin Azərbaycana münasibəti məlumdur. İran Azərbaycan dövlətini sevməyən, Azərbaycana qarşı olan dövlətlərlə əməkdaşlıq edir”.

Bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a açıqlamasında deyib. O qeyd edib ki, İran Azərbaycanın düşmənlərinə dəstək verir: “Baş verən hadisənin birbaşa İranın siyasi hakimiyyəti ilə bağlı olduğunu düşünmürəm. Bu günlərdə xarici işlər nazirləri səviyyəsində mətbuata tam açıqlanmayan görüş İran-Azərbaycan münasibətlərinin nisbətən tənzimlənməsinə  xidmət edirdi.

Bu, çox güman ki, İran-Azərbaycan münasibətlərinin yaxşılaşmasını istəməyən təxribatçı qüvvələrin işidir. İranın daxilində olan müəyyən qüvvələr də ola bilər, başqa qüvvələr də.”

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR