Qətərdə saxlanan dondurulmuş İran aktivləri hələ də blokdan çıxarılmayıb.
Musavat.com xəbər verir ki, məlumatı New York Post qəzeti ABŞ rəsmisinə istinadən yayıb.
ABŞ rəsmisi bildirib ki, vəsaitlər hələ Tehrana qaytarılmayıb: "Dondurulmuş aktivlərin heç biri blokdan çıxarılmayıb. İran anlaşma memorandumunun şərtlərini yerinə yetirənə qədər aktivlər buraxılmayacaq".
Mənbənin sözlərinə görə, İran aktivlərin birdəfəlik köçürülməsini istəyirdi, lakin Vaşinqton bu məbləği bölməyə və əsas məsələlər üzrə danışıqlarda irəliləyiş əldə olunduqca onları mərhələlərlə birbaşa İrandakı humanitar yardım təchizatçılarına paylamağa üstünlük verir.
Xatırladaq ki, İran prezidenti Məsud Pezeşkian iyunun 29-da İran və Qətərin əmirlikdə saxlanılan 12 milyard dollarlıq İran aktivlərinin 6 milyard dollarını azad etmək barədə razılığa gəldiyini açıqlayıb. Pezeşkian qalan vəsaitlərin qaytarılması üçün lazımi işlərin də davam etdiyini qeyd edib.
Musavat.com






