İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ABŞ-nin zərbələrinə BELƏ CAVAB VERDİ: İbrahim Zülfüqaridən ŞOK PAYLAŞIM - FOTO

1182 26.05.2026 10:33 Dünya A A

İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ-nin zərbələrinə reaksiya verib.

Musavat.com xəbər verir ki, İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari bununla bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib.

O, ABŞ-nin regiondakı hərbi fəaliyyətlərini sərt tənqid edib.

Zülfiqari paylaşımda bildirib: “Amerikalılar regionumuzda hərbi avantüralarını davam etdirdikcə, heç bir razılaşma əldə olunmayacaq. ABŞ hökuməti dəfələrlə nümayiş etdirib ki, o, yalnız güc dilindən anlayır. Neftin bir barelinin 200 dollar olmasına salam deyin”.

Ekspertlər bu bəyanatı regionda gərginliyin daha da artacağına və qlobal enerji bazarlarına ciddi təsir göstərə biləcəyinə dair növbəti xəbərdarlıq kimi qiymətləndirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR