İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini vuracaq – Tehrandan xəbərdarlıq

341 22.07.2026 10:10 Dünya A A

İran nüvə obyektlərinə mümkün yeni zərbələri regionda müharibənin eskalasiyası kimi qiymətləndirəcək və qətiyyətlə cavab verəcək.

Musavat.com xəbər verir ki, bu, İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya qərargahının bəyanatında əksini tapıb.

Bəyanatı İran Dövlət televiziyası və radiosu ayıb.

Bəyanatda qeyd olunur ki, "Amerika İslam Respublikasının nüvə və strateji obyektlərinə hücum etməklə hədələyib":

"Əgər bu ölkənin terrorçu ordusu belə bir mərhələyə çatarsa, biz bunu regionda müharibənin eskalasiyası kimi qiymətləndirəcəyik və ABŞ-ın və müttəfiqlərinin bütün maraqları İran İslam Respublikası Silahlı Qüvvələrinin güclü zərbəsinin hədəfinə çevriləcək".

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranın yeni nüvə obyekti yaratdığı əraziyə zərbə endiriləcəyini deyib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR