Ölkə parlamenti Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını birinci oxunuşda qəbul edib. Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Maraqlıdır, minimum əməkhaqqına hər il baxılması zəruri olacaqmı və bu dəyişiklik nə qədər insanı əhatə edə bilər? İnsanların sosial gözləntilərini necə həll etmək mümkündür? Nə kimi dəyişikliklər gözlənilir?
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. YAP-çı deputat Vüqar İskəndərovla eks baş nazir Pənah Hüseynlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat






