İnsanlara hürriyət, millətlərə istiqlal!

İmişlidə avtomobil aşıb, ölən və yaralanan var

578 01.05.2023 12:23 Hadisə A A

İmişli rayonunda avtomobil aşıb, ölən və yaralanan var.

“Report”un xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli magistral yolunun rayonun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Ağayev Adəm Mətləb oğlu idarə etdiyi “Mercedes ML350” markalı avtomobillə hərəkətdə olarkən maşının idarəetməsini itirərək yolun hərəkət istiqamətinin sağ tərəfinə aşıb. Nəticədə avtomobildə olan 1967-ci il təvəllüdlü Qasımov Bayram Məmmədağa oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Nəticədə A.Ağayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR