İnsanlara hürriyət, millətlərə istiqlal!

“İmarət" Kompleksini işğaldan əvvəlki vəziyyətə gətirmək istəyirik” - İtalyan ekspert Ağdamda

913 18.01.2024 11:22 Gündəm A A

Qədim abidələrin bərpası üzrə beynəlxalq dərəcəli italyan ekspert Alessandro Bianki Ağdamda "İmarət" Kompleksinə baxış keçirib.

“Report”un Ağdama ezam olunmuş əməkdaşının xəbərinə görə, o, kompleksdə yerləşən qədim məzarlığın ilkin halı və aparılan tədqiqat işlərindən sonrakı vəziyyətlə bağlı jurnalistlərə geniş məlumat verib.

A.Bianki bildirib ki, kompleksdəki qəbirlər işğal dövründə ermənilər tərəfindən dağıdılıb: “Məzar daşları dağıdılaraq ərazidən daşınıb. Hazırda həm məzarlıqda, həm də kompleksdə tədqiqatlar davam etdirilir.

"İmarət" Kompleksinin bərpa prosesində çalışmaq üçün Azərbaycana dəvət edildiyini deyən ekspert bildirib ki, kompleks qədim tarixi abidə olmaqla yanaşı, burada həm də qədim qəbiristanlıq mövcuddur: “İşğal dövründə ermənilər kompleksdə inək, donuz kimi heyvanlar saxlayıblar və nəticədə ərazi dağıdılaraq viran edilib. Ağdam azad edildikdən sonra biz ilk dəfə bura gələndə "İmarət" Kompleksinin vəziyyətinin olduqca acınacaqlı olduğunu müşahidə etdik. Bilirik ki, kompleksin bərpası Azərbaycan xalqı üçün çox əhəmiyyətlidir. Eyni zamanda dini baxımdan bura həssas yanaşılan bir yerdir”.

8df19835-7e69-3397-ac30-b62203ab96a1_850.jpg (82 KB)

O bildirib ki, Ağdam işğaldan azad edildikdən sonra Mədəniyyət Nazirliyi ilə danışıqlar aparılıb və ötən il İmarət Kompleksinin bərpa planı hazırlanıb: “İmarət" Kompleksində görülən işlər iki mərhələyə bölünüb. Birinci mərhələ mövcud tikililərin, ikinci mərhələ isə qədim qəbiristanlığın bərpasıdır. Qəbiristanlığın bərpası qarşımızda böyük çətinliklər yaradır. Demək olar ki, bütün qəbirlər dağıdılıb, talan edilib. Bununla yanaşı, qəbirlərlə bağlı məlumatsızlıq bizim üçün əlavə çətinliklər yaradır. Belə ki, qəbirlər öz yerində deyil, hər biri başqa tərəfə dağıdılıb”.

3e6df7b6-7532-39c4-8f85-e29d82cf7f52_850.jpg (130 KB)

A.Bianki vurğulayıb ki, azərbaycanlı arxeoloqlar "İmarət" Kompleksində böyük işlər görüb: “Hazırda tədqiqatların ikinci mərhələsi, yəni kompleksin ən yüksək səviyyədə bərpa edilərək istifadəyə verilməsi üçün işlər davam etdirilir. Sovet dövrü - 1970-ci illərin sonunda Pənahəli Xanın saray kompleksi bərpa edilib. Biz həmin arxiv sənədlərinin tədqiqatını aparırıq və sözügedən arxiv sənədlərinə əsasən bərpa layihəsini hazırlayırıq. Hazırkı bərpanın əsas məqsədi ondan ibarətdir ki, "İmarət" Kompleksini işğaldan əvvəlki vəziyyətə gətirək. Prezident İlham Əliyevə də kompleksin işğaldan öncəki vəziyyətə qaytarılmasının əsas məqsəd olduğu məruzə edilib”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR