İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Maskdan ÇAĞIRIŞ:  “Neyroşəbəkələri dayandırın!”

1360 29.03.2023 15:45 Texnologiya A A

Dünyanın ən zəngin sahibkarı İlon Mask cəmiyyətə yarada biləcəyi təhlükə səbəbindən yeni süni intellekt sistemlərinin tətbiqini dayandırmağa çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı məktub Mask tərəfindən maliyyələşdirilən “Future of Life Institute” tərəfindən yayımlanıb, onu mindən çox adam imzalayıb.

Mətn müəlliflərinin iddiasına görə, süni intellekt sistemləri bəşəriyyətin inkişafını dəyişə bilər və buna görə də xüsusi diqqət və resurslarla idarə olunmalıdır. Mətndə deyilir: “Güclü süni intellekt sistemləri yalnız onların işinin təsirinin müsbət olacağına və risklərin idarə oluna biləcəyinə əmin olduğumuz zaman inkişaf etdirilməlidir”.

Müəlliflərin fikrincə, müasir süni intellekt sistemləri artıq geniş spektrli vəzifələrin həllində insanlarla rəqabət aparmağa qadirdir, ona görə də bəşəriyyət bununla bağlı qəti qərar verməlidir. Çünki əks tədirdə insanlar “sivilizasiyaya nəzarəti itirmək” riski qarşısında qala bilərlər.

Müraciəti imzalayanların rəyinə görə, bu cür qərarların verilməsi “heç kim tərəfindən seçilməyən texnologiya sənayesinin liderlərinə” etibar edilməməlidir.

Mətni imzalayanlar artıq ictimai məkanda fəaliyyətə başlayan, “OpenAI” şirkəti tərəfindən hazırlanmış “GPT-4” modelindən daha güclü ola biləcək istənilən süni intellekt sistemlərini altı ay müddətinə dayandırmağı təklif edirlər.
Sənədi imzalayanlar arasında süni intellekt sahəsində tanınmış alimlər, kanadalı Coşua Benjio və britaniyalı Stüart Rassel də var. Bundan əlavə, OpenAI məhsulları ilə rəqabət aparan AI sistemlərinin tərtibatçıları da ona imza atanlar içində yer alıb.

Maraqlıdır ki, Maskın özü vaxtilə bu şirkətin həmtəsisçisi olub. Lakin 2018-ci ildə o, şirkətdən ayrılıb, daha sonra səhmlərini satıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR