İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask Türkiyənin tələbinə əməl etdi

1912 22.05.2024 23:51 Dünya A A

X sosial şəbəkəsi (keçmiş Twitter) Türkiyədə öz nümayəndəliyini açıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin nəqliyyat naziri Əbdülkadir Uraloğlu açıqlayıb. Nazirin sözlərinə görə, Türkiyə bunu dəfələrlə X şəbəkəsindən tələb edibmiş: “Nümayəndəlik açmırdılar, lakin biz bu yaxınlarda reklamlara qadağa qoyduq. Bu, effektli addım oldu. Əgər X nümayəndəlik açmasaydı, onu cərimə gözləyirdi”.

Türkiyənin tənzimləyici orqanı, İnformasiya Texnologiyaları və Rabitə Nazirliyi daha əvvəl xəbərdarlıq etmişdi ki, şirkətin respublikanın qanunvericilik tələblərinə əməl etməməsi və əvvəllər tətbiq etdiyi cərimələri ödəməməsi səbəbindən X-ə çıxışı 90 faiz məhdudlaşdıra bilər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR