İnsanlara hürriyət, millətlərə istiqlal!

İllərdir küsülü idilər, barışdılar

1237 12.01.2024 20:49 Şou-biznes A A

"Avroviziya" qalibi Nigar Camal və rejissor Nail Naiboğlu barışıb. 

4 il əvvəl küsən ifaçı və rejissor hazırda yenidən işbirliyi qurublar. 

"4 il əvvəl Nigarla Aygün Bəylərin duetinə mən klip çəkməli idim, hər şey hazırlanmışdı. Son anda Nigar başqa bir rejissorla işlədi. Mən də Nigara dediyim ideyada və həmin məkanlarda Elnarə Xəlilovaya klip çəkdim. bu, normal haldır. Nigara klip çəkən rejissor isə öz reklamı üçün yalandan açıqlama yaydı ki, Nail bizdən oğurluq edib. Nigarın xətrinə susdum, danışmadım. O vaxtdan küsülüyük. Bizi Nigarla dostumuz Vəfa İsazadə barışdırdı. Danışdıq, anlaşılmazlıq aradan qalxdı. İndi yeni bir klip çəkilişinə başlamışıq", - deyə Nail bildirib.

Qeyd edək ki, onların küsülülüyünə səbəb "Nəfəsim, qəlbim" mahnısına çəkilən klip olub. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR