İnsanlara hürriyət, millətlərə istiqlal!

“İlham Əliyevə lazımi XƏBƏRDARLIQLAR edilib, qarşıdurma baş verərsə...” - İranın 3 MESAJI

4326 10.09.2023 12:49 Gündəm A A

Azərbaycan əleyhinə davamlı çıxışlar edən iranlı jurnalist Rza Abbasi “X” sosial şəbəkəsində yazıb:

“Həm birbaşa, həm də vasitə ilə İlham Əliyevə lazımi xəbərdarlıqlar edilib. “Bakı” ordusunun Sünikə nəzarəti ələ keçirməsinin qarşısını almaq üçün bütün müdafiə planları sahə komandirlərinə bildirilib və qarşıdurma baş verərsə, İranın müharibəyə girəcəyi mütləqdir”.

Göründüyü kimi, Tehran yenə də öz hədələrini davam etdirməkdədir. Lakin maraqlı məqam ondan ibarətdir ki, orada da əslində belə bir müdaxiləyə yol verəcəkləri təqdirdə hansı dağıdıcı nəticələrlə üzləşəcəklərini anlamaqdadırlar. Bu, faktiki olaraq Türkiyə və İsrailin birbaşa, Qərbin isə dolayısı ilə Tehrana qarşı ciddi hərbi hərəkata başlamasına səbəb olacaq. Ermənistan bu zaman yaddan çıxacaq. Rusiya isə Türkiyə faktoru və eləcə də Ukraynadakı müharibə bataqlığına saplanması səbəbi ilə passiv mövqe sərgiləməyə məcbur olacaq. Nəticə: uzun illərdir Qərbin masasının üstündə olan İranın parçalanması ssenarisinin sürətlə işə düşməsidir. Tamam, o zaman belə nəticələrlə üzləşməyə hazırdırlarmı? Düşünmürəm.

Fikrimcə, bu cür populist açıqlamaların verilməsinin 4 əsas səbəbi var:

1. Bölgədə marağı olan xarici qüvvələrə (Qərb, İsrail) mesaj: Bu açıqlamalarla Tehran hər vəchlə Cənubi Qafqazda maraqlarını qorumağa hazır olduğunu çatdırmağa çalışır, “mən də bu bölgədəyəm, məni də sayın”, - mənasını ifadə edən mesaj verir. Amma unudurlar ki, elə Qərb də Tehranın belə bir yanlışa yol verməsini səbirsizliklə gözləyir. 1991-ci ildə İraqın Küveytə müdaxiləsi və onun hələ də davam edən nəticələrindən dərs çıxartmaq lazımdır;

2. Türkiyəyə mesaj: Tehran hər imkandan istifadə edərək qardaş ölkənin Cənubi Qafqazda güclənməsindən narahatlıq keçirdiyini açıq şəkildə bildirməkdədir. Türkiyənin xarici işlər naziri Hakan Fidanla bir neçə gün öncə keçirilən görüşdə səsləndirilən fikirlər buna əyani sübutdur;

3. Ermənistana mesaj: Daha çox “Qorxma, mən səninləyəm” anlamını ifadə etməkdədir. Tehran 20-ci əsrin əvvəllərində Ermənistan adlı oyuncaq təsisatın (dövlət deməyə adamın dili gəlmir) yaradılmasına əsas səbəb olan - yəni Azərbaycanla Türkiyə arasında maneə funksiyasını sonadək icra etməsində naraqlı olduğunu gizlətmir.

4. Daxili auditoriyanın başını qatmaq: Məşhur sentyabr etirazlarının ildönümünün yaxınlaşması və etirazların güclənəcəyi gözləntisi fonunda “Xarici sionist qüvvələrin məkrli planları və təhdidlər” adı altında, ümumi təhlükə obrazı adı altında birliyə çağırışa ciddi ehtiyacları var. Bu, eyni zamanda “xarici təhdidlər” adı altında etirazçılara daha sərt tədbirlər uyğulamağa və bunu “arqumentləşdirməyə” əsas verəcək.

vuqar ziferoglu.jpg (212 KB)

Vüqar Zifəroğlu, Yaxın Şərq ölkələri üzrə ekspert

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR