İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev Ursula Fon der Lyayenə Brüssel görüşü ilə bağlı Azərbaycan tərəfinin mövqeyini bildirib

799 04.04.2024 21:19 Siyasət A A

Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə telefon danışığı zamanı Brüsseldə aprelin 5-i keçirilməsi planlaşdırılan Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü ilə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda, bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR