İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev Ukraynada Zelenskinin edə bilmədiyini Azərbaycanda etdi

1556 06.10.2023 18:38 Yazarlar A A

PKK lideri Öcalanın 1999-cu ildə yaxalanması barədə ilk görüntüləri necə həyəcanlı izlədiyimiz yadıma düşür...

Yadıma düşür, yəhudi soyqırımında iştirak etmiş 90 yaşlarında bir alman faşistini İsrail kəşfiyyat orqanları uzun illərdən sonra uzaq Argentinada necə yaxalamışdı... – Hər iki hadisə vaxtı dəfələrlə gözümüz TV ekranına, qulağımız radioya kilidlənir, bir də, bir də baxır, dinləyir, oxuyurduq... Nə gizlədək, hər dəfəsində də, “bəs azərbaycanlılara qarşı soyqırımı aktları törətmiş hayları nə zaman tutub, istintaqa cəlb edəcəyik?” – deyə öz-özümüzə sual verər, ağır suallar qarşısında qalar, dərdlənərdik... Alınmırdı, olmurdu, uzanırdı və qara uğursuzluq zolağından çıxa bilmirdik də bilmirdik...

Amma ümid...

Ancaq inam...

Bir də dirəniş ruhu!... –

O ruh bizi heç tərk etmədi, Tanrıya şükürlər olsun!

Ümid – qalxandır qoruyur,

inam – qılıncdır kəsir, doğrayır,

dirəniş ruhu – yenilməzlik bəxş edir...

Kəsafətləri kəsdik, dolanbacları adladıq, zamanı Qarabağa ayarladıq.

xankendi son.jpg (233 KB)

Şuşasız Qarabağda, Qarabağsız Azərbaycanda, Azərbaycansız Türk dünyasında və Türk dünyasız Yer üzündə necə dinclik tapar, necə aram olardıq?..

Budur, Qukasyan, Saakyan, Arutyunyan, Vardanyan, İşxanyan, Babayan... və b. əli, diliqanlıların, terrorçubaşların boyunları polad biləklilərimizin kontrolunda, başları aşağı, gözləri yerə dikilmiş, ümidləri tamamən suya düşmüş şəkildə Bakıya gətirilib, damlanıb. Köçəryan, Sarkisyan və b. da danaboyun ediləcəyi günü gözləyir... Biz hay deyilik, türkük, onlara işgəncə verməyəcəyik, ancaq cəza verəcəyik, əlbəttə. Əlbəttə, haqqın incəlsə də, üzülmədiyini onlara birər-birər göstərəcəyik.

Azərbaycan Xeyri təmsil edir və Xeyir illa Şər üzərində qələbə çalmalıydı. “Bu qan yerdə qalan deyil”di, qalmadı da! İllərdi deyir, yazır, oxuyur, eşidir, eşitdirirdik. – Bəli, “Başqa yolu yox(uydu) artıq”!

Azərbaycan Prezidenti heyrətamiz dərəcədə, möcüzə deyiləcək qədər böyük hadisələrə imza atır, gözlərimiz önündə şanlı tarix yazır! Uğur uğura calanır. Əslində, bu günlərdə baş verənlər bu günlərə sığmır! Keçmişə nəzər salırıq, gələcəyə baxır, şanlı keçmişimizdən böyük gələcəyimizə keçid edirik.

ilham_eliyev.jpg (69 KB)

Baxın, SSRİ-dən qopan respublikalar arasında ərazi bütövlüyü pozulan, suverenliyinə problemlər yaradılan təkcə biz deyildik. Gürcüstan, Moldova və Ukraynanın da ərazi bütövlüyü, suverenliyi pozulub. Təbii, bu dörd cildlik “pozulma əsəri”nin müəllifi Kremldir. Rusiyanın hərbi-siyasi, iqtisadi dəstəyi olmadan separatçılar (Qarabağ, Abxaziya, Güney Osetiya və Dnestryanında... Krım, Donetsk, Luqanskda) meydan sulaya bilməzdi. Bizim misalda, Ermənistan Rusiyanın və dünya erməniliyinin davamlı, artan dinamikalı dəstəyi olmadan uzunmüddətli işğalı gerçəkləşdirə bilməzdi.

Bəli, İlham Əliyev xalqımıza fövqəladə tarixi hadisələr yaşadır. Bu il – Heydər Əliyev İlində ilə sığmayan – hər günü ildən artıq elə günlər yaşamışıq, elə günlər yaşamışıq ki, o günlərimiz, aylarımız, ilimiz tarixin altun səhifəsinə həkk olunacaq! Heydər Əliyev məktəbi, Heydər Əliyev irsi öz yaşarılığını günümüzdə parlaq şəkildə göstərməkdədir. Öncə onu vurğulayaq ki, Heydər Əliyev zəkası, qətiyyəti olmasaydı, bizdə də Ukrayna, Gürcüstan kimi iki və daha artıq münaqişə ocağı alovlanıb duracaqdı...
Müstəqilliyin kövrək illərində digər münaqişə ocaqlarının alovlanmasının qarşısının alınması, sonrakı dönəmdə toparlanmamız, Qarabağa fokuslanmamız üçün fövqəladə önəm daşıyırdı... 2020-ci ildəki 44 günlük savaş, bu ilki 24 saatlıq antiterror tədbirləri Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının nə qədər dərindən və üfüqgenişliyi ilə düşündüyünü, hərəkət etdiyini və necə güclü siyasi iradəyə malik olduğunu parlaq şəkildə göstərir!

TERROR SON.jpg (90 KB)

İlham Əliyev Ukraynada Aleksandr Turçinov (23.02.2014-07.06.2014), Petro Poroşenko (07.06.2014-20.05.2019) və Volodimir Zelenskinin (20.05.2019-...) edə bilmədiyini Azərbaycanda etdi.

İlham Əliyev prezidentlər Zviad Qamsaxurdia (14.04.1991-31.12.1993), Eduard Şevardnadze (23.11.1995-22.11.2003), Mixail Saakaşvili (25.01.2004-25.11.2007; 20.01.2008-17.11.2013), Georgi Marqvelaşvili (17.11.2013-16.12.2018) və Salome Zurabişvilinin (16.12.2018-...), Baş nazirlər Nino Burcanadze (22.11.2003- 25.01.2004; 25.11.2007-20.01.2008-ci il tarixlərdə prezident yetkilərini daşımışdır), Bidzina İvanişvili (25.10.2012-20.11.2013), Georgi Kvirikaşvili (30.12.2015-13.06.2018), Mamuka Baxtadze (20.06.2018-02.09.2019), Giorgi Qaxariya (08.09.2019-18.02.2021) və İrakli Qaribaşvilinin (20.11.2013-23.12.2015; 22.02.2021-...) Gürcüstanda edə bilmədiklərini etdi.

İlham Əliyev Mirçea Snegur (03.09.1990-15.01.1997), Petru Luçinşi (15.01.1997-07.04.2001), Vladimir Voronin (07.04.2001-11.09.2009), Mixay Gimpu (11.09.2009-28.12.2010), Vlad Filat (28.12.2010-30.12.2010), Marian Lupu (30.12.2010-23.03.2012), Nikolae Timofti (23.03. 2012-23.12.2016), İqor Dodon (23.12.2016-24.12.2020) və Maya Sandunun (16.11.2020–....) edə bilmədiklərini etdi.

İlk sırada Ukrayna, eləcə də Moldova və Gürcüstan sabah-birisigün öz ərazi bütövlüyünü, suverenliyini bərpa edərsə (inşallah), bu, Batının güclü dəstəyi fonunda baş vermiş olacaq.

Nəzərə alsaq ki, Ukrayna, Moldava və Gürcüstan – hər üçü xristian dininin hakim olduğu ölkələrdir, üstəlik, Avropaya coğrafi olaraq daha yaxındırlar, o zaman, onların edə bilmədiklərinin türk-müsəlman ölkəsində həyata keçirilməsi, həqiqətən unikal hadisədir. Özü də, biz məhz güclü erməni lobbisi, erməni diasporu ilə qarşı-qarşıyay(d)ıq. Bizim torpaqlarımızı Xankəndidə yuvalanmış qondarma rejim, yaxud cırtdan Ermənistan təkbaşına işğal etməmişdi, əlbəttə. Biz xalq, millət ədəb-ərkanına, dövlət, dövlətçilik mədəniyyətinə yetişməmiş amma beynəlxalq aləmi şeytan toru ilə hörməyi bacarmış xristian haylarla savaşdaydıq...

separat son.jpg (366 KB)

(Biz xristian, yəhudi, müsəlman – din mənsubiyyəti ayrımı yapmayan dözümlü xalqıq – bunu düz dünya bilir; amma qarşımızdakı monoetnik “dövlət”dir. – Qafqazda, yaxın coğrafiyada başqa belə monoetnik dövlət yoxdur)...

Ərazi bütövlüyü, suverenliyi pozulmuş Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova bundan 26 il öncə - 1997-ci il oktyabrın 10-da Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat – GUAM yaradıb. İndi Azərbaycanın uğuru bizim GUAM tərəfdaşlarımız üçün çox yaxşı örnəkdir. Lakin bir həqiqət dərk edilməlidir ki, Azərbaycan bu uğuru nə sağa, nə sola baxmadan, məhz öz yolunu müəyyənləşdirərək əldə edə bilib. Adı keçən-keçməyən ölkələr hadisələrə sanki Aristotel məntiqi ilə yanaşır: ya Quzey (Rusiya) ya Batı (Avropa, ABŞ)... Azərbaycan, belə demək mümkünsə, hadisələrə qeyri-səlis məntiqlə yanaşdı, durumu Quzeylə Batı arasında seçim aparmaq kimi xarakterizə etmədi, inkişaf üçün alternativlər, başqa sözlə, imkanlar çoxluğunu müəyyənləşdirdi, öz yolunu buldu. Şair demiş, “içindəki gücə dayandı” dövlətimiz. Budur, ən yaxşı yolun məhz Azərbaycan yolu olduğu Gün kimi aydındır. Güclü lider, güclü dövlət, güclü iqtisadiyyat, yenilməz ordu, uhulət-suhulətli xarici siyasət! Xalqımız dövlətcanlı, gəncliyimiz vətəncanlı, qardaşımız etibarlı! Bizi kimsə durduramaz!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR