İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev onları ƏFV ETDİ - Bu sərəncamlar ona yönəlib ki...

7434 25.05.2024 21:31 Siyasət A A

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla 154 nəfər əfv edilib.

Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilib.

Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Eləcə də islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 nəfər isə cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb.

ilyas 1.jpg (33 KB)

Politoloq İlyas Hüseynov Musavat.com-a bildirib ki, demək olar ki, hər il Prezident İlham Əliyev əfv sərəncamları imzalayır:

“Bu, adətən əlamətdar günlərə təsadüf edir. Bu il də Müstəqillik Günü ərəfəsində əfv sərəncamı imzalandı. Prezident İlham Əliyevin imzaladığı sərəncamla ümumilikdə 154 nəfər əfv edilib. Bu, bir daha göstərir ki, cənab Prezident humanizm dəyərlərindən çıxış edir. Eyni zamanda müxtəlif müraciətlərə dəqiqliklə baxılır. Əfv Komissiyasının iclaslarında adətən bütün detallar təfsilatı ilə öyrənilir və məhz buna əsasən müxtəlif addımlar atılır.

Prezident İlham Əliyev əfv sərəncamı ilə müxtəlif ailələri sevindirdi. Bu onun göstəricisidir ki, Cənab Prezidentin humanizm idealları çox yüksəkdir. 

Bu cür sərəncamlar həm də insanların islah olunmasına, cəmiyyətə azad bir vətəndaş kimi qayıtmasına xidmət edir. Əminəm ki, onlar bir daha bu cür addımları təkrarlamayacaqlar. Bu sərəncamlar ona yönəlib ki, bu tipli hər hansısa addımlar bir daha atılmasın. Şəxslərin islah olunması üçün hər şey təfsilatı ilə öyrənildikdən sonra müvafiq addımlar atılır. Şübhəsiz ki, 154 nəfərə şamil olunan sərəncam bir daha onu göstərir ki, müxtəlif şəxslərin cəzaları yarıya qədər azaldılıb və yaxud çəkilməmiş hissəsindən azad edilib. Digər yanaşmalar da tətbiq olunub. Bu sərəncam bir daha cənab Prezidentin humanizminin nəticəsi olaraq qiymətləndirilir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR