İnsanlara hürriyət, millətlərə istiqlal!

“İlham Əliyev onlara CİDDİ MESAJLAR verdi” - Deputat

612 17.10.2023 14:19 Siyasət A A

“Prezident İlham Əliyev oktyabrın 15-də yenidən Qarabağa tarixi səfər edərək Xankəndi, Xocalı və Xocavənddə Azərbaycan bayrağını yüksəltdi. Çətin oldu, ağır mərhələ və dövrlərdən keçdik, ancaq Prezident İlham Əliyevin rəhbərliyi, prinsipial və qətiyyətli siyasəti nəticəsində Azərbaycan bu ali məqsədinə də nail oldu”.

Musavat.com xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentdəki çıxışı zamanı söyləyib.

ceyhun.jpg (76 KB)

Deputat qeyd edib ki, Azərbaycan xalqı uzun illərdir səbirsizliklə bu günü gözləyirdi:

“Bu gün artıq Azərbaycan bayrağı bütün tarixi torpaqlarımızda qürurla dalğalanır. Bu gün biz artıq 200 illik tariximizdə, sovet dövründə nəzarətimizdə olmayan ərazilərə nəzarət edirik, həmin ərazilərə sərbəst gedə bilirik. Bütün bu uğurlara Azərbaycan xalqı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin böyük uzaqgörənlik və müdrikliklə davam etdirdiyi siyasət nəticəsində nail olub”.

C.Məmmədov bildirib ki, Prezident İlham Əliyev Xankəndidən həm Ermənistana, həm də onun havadarlarına çox ciddi mesajlar verdi:

“Təəssüflə qeyd etmək lazımdır ki, hələ də Azərbaycanın öz ərazisində antiterror tədbirləri həyata keçirməsini həzm edə bilməyən dövlət və beynəlxalq təşkilatlar ölkəmizə qarşı qərəzli və ikili yanaşma standartlarını davam etdirirlər. Bu gün onları narahat edən həm də məkrli planlarının və xəbis niyyətlərinin qarşısının Prezident İlham Əliyev tərəfindən alınmasıdır.

Hesab edirəm ki, son hadisələr bir sıra dövlət və beynəlxalq təşkilatların nə qədər riyakar və ikiüzlü olduğunu bir daha göstərdi. 30 il ərzində xalqımızın başına gətirilən müsibətləri görməzlikdən gələn, “siz müharibə edə bilməzsiniz, işğalla barışın” deyən bu dövlət və təşkilatlar indi Azərbaycan əleyhinə bəyanat verməkdə növbəyə düzülüblər. Görünən odur ki, çox narahatdırlar.

Bəs bizim torpaqlar 30 il ərzində işğal altında olanda, yaşayış məskənlərimiz, mədəniyyət abidələrimiz və məscidlərimiz dağıdılanda bu dövlət və təşkilatlar niyə bu qədər narahat deyildilər?”

Deputat vurğulayıb ki, bu gün həm də Gəncənin ermənilər tərəfindən növbəti dəfə bombalanmasından 3 il ötür:

“Həmin terror hadisəsi baş verərkən onlar niyə heç bir reaksiya vermədilər? Ermənistan niyə cəzalandırılmadı? Niyə bu ölkəyə qarşı sanksiya tətbiq edilmədi? Bütün bu təzyiq cəhdlərinə və təxribatlara baxmayaraq, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün hədəf və məqsədlərinə nail olacaq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR