İnsanlara hürriyət, millətlərə istiqlal!

“İlham Əliyev erməni məsələsini beynəlxalq gündəmdən çıxarmağı bacarıb” - Deputat

437 05.03.2024 12:19 Siyasət A A

Deputat Bəhruz Məhərrəmov Milli Məclisin iclasında çıxış edərkən bir sıra məsələlərdən bəhs edib.

BEHRUZ.jpg (73 KB)

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Prezident İlham Əliyevin andiçmə mərasimində bəyan etdiyi yeni dövrün yol xəritəsi bir daha göstərir ki, mahiyyətcə fərqli bir perioda qədəm qoymuşuq:

“Məqsədlərimiz genişlənib, dövlət olaraq yeni hədəflərimizlə çox daha böyük görünürük. Belə bir məqamda bütövlükdə region Azərbaycan Prezidenti ilə ayaqlaşmağa məhkumdur. Əgər Prezident bəyan edirsə ki, Ermənistan-Azərbaycan münasibətlərinin əhəmiyyətini süni şəkildə şişirtməyə ehtiyac yoxdur, bu, hər kəs üçün siqnal olmalıdır. Bəli, Ermənistan bizim qonşumuzdur, xarici siyasətimizin müəyyən istiqamətlərində bu amil nəzərə alınır, amma bütövlükdə Ermənistan bizim xarici siyasətimizin vacib hissəsi deyil. Biz artıq məsələmizi həll etmişik. Bundan sonra qalır sülh müqaviləsi, əldə olunacaq, ya olunmayacaq, bunu daha çox ermənilər düşünsün!”

Bəhruz Məhərrəmov qeyd edib ki, bütün bunların fonunda, əgər bu gün Avropa Parlamenti heç bir hüquqi əsas olmadığı halda Azərbaycan əleyhinə qətnamələr qəbul edirsə, yaxud bu gün Makron Prezident İlham Əliyev qarşısında heç bir şansı olmadığını bilə-bilə Ermənistanı silahlandırırsa, vahid bir məqsəd var - erməni məsələsini gündəmdə saxlamaq:

“Amma göründüyü kimi, cənab İlham Əliyev faktiki olaraq erməni məsələsini beynəlxalq gündəmdən çıxarmağı bacarıb. Ona görə də indi üzərimizə başqa məsələlərlə gəlməyə başlayıblar, məsələn, iqlim dəyişiklikləri ilə mübarizə fonunda bizi neft-qaz ölkəsi olmaqda günahlandırırlar, baxmayaraq ki, onlar iddialarında səmimi olsaydılar, bunu on illər əvvəl etməli idilər. Amma susurdular, çünki əmin idilər ki, Azərbaycanı da neft lənətinə düçar edəcəklər, bir sıra ərəb və Afrika ölkələrində olduğu kimi, Azərbaycanda da oxşar sistem qurub, sərvətləri rahat talayacaqlar. Lakin cənab İlham Əliyev 3 gün öncə “Euronews”a müsahibəsində də ifadə etdiyi kimi, “nefti inkişafa çevirməyə, sərvətin ədalətli paylanmasını təmin etməyə nail oldu”. Bu gün isə Azərbaycan qazı ikişafın yeni mərhələsində önəmli rol alır. Amma bu dəfə artıq həmin qlobal güclər daha yaxşı anlamağa başlayıb ki, Azərbaycanda təbii sərvətlərin inkişafa transformasiyasının qarşısını almaq mümkün deyil, ona görə də bu gün biz təbii sərvətlərə malik olmaqda günahlandırılırıq”.

Deputat bildirib ki, bu, qərəzdir, Prezident İlham Əliyevin Bakıda Cənub Qaz Dəhlizi və  Yaşıl Enerji Məşvərət Şuraları iclasında da bildirdiyi kimi, “qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir”.

Bəhruz Məhərrəmov qeyd edib ki, nəinki regionumuzda, bütövlükdə neft-qaz hasilatı ilə məşğul olan heç bir dövlət yaşıl enerji məsələlərində Azərbaycandan daha həssas davranmır:

“Bu çirkab kampaniyaya rəhbərlik edən, 20-yə yaxın atom stansiyası ilə təhlükə saçan Fransadan fərqli olaraq  Azərbaycanın 5 milli prioritetindən biri “Yaşıl artım” ölkəsi olmaqdır. Dünya ictimaiyyəti də artıq reallıqların fərqindədir və COP 29-a evsahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizin bu istiqamətdə səylərinə verilən yüksək qiymətdir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR