İrəvan–Sevan magistralında ildırım vurması nəticəsində körpü çöküb.
Musavat.com xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin ilkin məlumatına görə, hadisə nəticəsində 3 avtomobilə ziyan dəyib.
Körpünün dağılması səbəbindən nəqliyyatın hərəkətində məhdudiyyətlər tətbiq olunub. Hazırda avtomobillərin hərəkəti qarşı zolaqdan birtərəfli rejimdə təşkil edilir.
Hadisənin səbəbləri və dəymiş ziyanın həcmi araşdırılır.
Musavat.com






