İnsanlara hürriyət, millətlərə istiqlal!

İki qardaş bir neçə dəqiqəlik fərqlə eyni yerdə qəzaya düşdü

1015 09.09.2022 14:13 Hadisə A A

Sumqayıtda eyni ərazidə iki qəza baş verib.

Musavat.com “Sumqayıt24”ə istinadən xəbər verir ki, hadisələr Polad Həşimov və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

İlk növbədə dönmə manevri edən “Lada” və “Toyota” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən birinci maşın işıq dirəyinə, ikincisi isə bordürə çırpılıb.

Qeyd edək ki, sürücülərdən birinin qardaşı da bir neçə dəqiqə sonra həmin yerdə qəzaya uğrayıb. O, idarə etdiyi “Opel” ilə digər eyni markalı maşınla toqquşub.

Qəzalar nəticəsində iki nəfər xəsarət alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR