İnsanlara hürriyət, millətlərə istiqlal!

İki ildir səfir göndərməyən və səfiri Şuşaya getməyən ABŞ... - “Amerika ədaləti” böhranda

940 29.04.2023 13:27 Siyasət A A

Halbuki Ermənistandakı səfirinin səlahiyyət müddəti bitər-bitməz yenisini göndərdi, indi də konqresmenlər bizi oyuncaq rejimi tanımaqla hədələyirlər, sanksiyalardan dəm vururlar

“Türkiyə hakimiyyəti ölkədə fəaliyyəti qadağan edilmiş PKK ilə deyil, sərhədimizdə terror dövləti yaratmaq niyyətində olan ABŞ-la mübarizə aparır”. “Yeni Müsavat” bildirir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu belə deyib. “Biz hamını təqib edirik. FETÖ, PKK, RNOP-F (“İnqilabçı Xalq Azadlıq Partiyası - Cəbhə" – red.), İŞİD kimi təşkilatları təqib edirik. Biz PKK ilə yox, ABŞ-la mübarizə aparırıq. Biz bunu başa düşməyəcək qədər sadəlövhükmü? Biz bunu bilirik. ABŞ orada terror dövləti yaratmaq istəyir”, - deyə nazir “Ulusal” telekanalına açıqlamasında söyləyib. Yada salaq ki, az öncə Soylu bütün dünyanın ABŞ-a nifrət etdiyini söyləmişdi. Niyə belədir? “Amerika ədaləti” nədən dünyada ikrah doğurur? Dünyada Amerikaya nifrət sevgini niyə üstələyib? 

İş ondadır ki, Birləşmiş Ştatların Azərbaycana münasibəti də Türkiyəyə münasibətdən aşağı-yuxarı ciddi fərqlənmir. Təkcə “Azadlığı Müdafiə Aktı”na edilən və hələ də ləğv edilməyən bədnam “907-ci düzəlişi” yada salmaq kifayətdir. Həmin düzəliş 1992-ci ildə Azərbaycan Ordusunun erməni separatçılarına qarşı uğurlu yay hərbi kampaniyasına cavab olaraq qəbul edilmişdi, özü də qərbçi Elçibəyin hakimiyyəti dövründə və ovaxtkı demokrat-konqresmen, indiki Co Baydenin də təşəbbüskarlığı ilə! 

Yaxud belə bir fakt: ABŞ 2 ildir ölkəmizə səfir təyin etmir. Halbuki Ermənistandakı səfirinin səlahiyyət müddəti bitər-bitməz yenisini göndərdi. Üstəlik, səfiri hələ də Şuşaya ayaq basmayan iki ölkədən biri ABŞ-dır. Digəri də Fransa. İndi də ermənipərəst konqresmenlər Azərbaycan əleyhinə növbəti təşəbbüs qaldırıblar. Bizi oyuncaq rejimi tanımaqla hədələyirlər, Azərbaycana qarşı sanksiyalardan dəm vururlar. Səbəb də Azərbaycan öz suveren ərazisində - Laçın yolunun girişində nəzarət postu qurmasıdır! Ondansa, Rusiyaya neçə vaxtdır sanksiyalardan yayınmağa kömək edən və bu zaman yaxşı pullar qazanan Ermənistanı cəzalandırmaq barədə düşünsəydilər... 

azadd.jpg (83 KB)

Azad Məsiyev

Siyasi şərhçi Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Birləşmiş Ştatlar Cənubi Qafqazda maraqlarını reallaşdırmaq üçün Ermənistandan istifadə edir. Onun firkincə, İrəvanda Vaşinqtonun diplomatik korpusunun 2 min işçidən ibarət olması təsadüf deyil: “Onların yarıdan çoxu Mərkəzi Kəşfiyyat İdarəsinə xidmət edir. Yəni Amerikanın Cənubi Qafqazda rezundenturası Ermənistana yerləşib. Paşinyanın da hakimiyyətə gətirilməsində iştirak ediblər. Ona görə ABŞ-ın siyasəti Ermənistana fokuslanıb”.

Ekspert Azərbaycanın isə Rusiya ilə ABŞ arasında balans gözlədiyini düşünür: “Bakı heç də Vaşiqntonun bütün arzularını onun istədiyi şəkildə ifadə etmir. Azərbaycan hər hansı hərbi bloka qoşulmur və digər amillər..Amerikalı səfirin Şuşaya getməməsinə gəlincə, onların öz işidir. Bununla demək istəyirlər ki, Dağlıq Qarabağ münaqişəsi guya başa çatmayıb. Ermənilərin viran qoyduğu şəhərlərimizi görmək istəmirlər və bu faktlardan boyun qaçırırlar. Dolayısı ilə Qarabağı Azərbaycan tərkibində görmək istəmədiklərini, separatçılara dəstək verdiklərini etiraf etmiş olurlar. Bayden də qondarma soyqırımı dilə gətirməklə ermənilərə dəstəyini nümayiş etdirdi”.

Türkiyə Suriyada geniş hərbi əməliyyatlara başlayacaqmı – politoloq şərh  edir - 21.02.2020, Sputnik Azərbaycan

 Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədovanın fikrincə, ABŞ-ın ədalətsiz addımları öz yerində, lakin son vaxtlarda sülh sazişi ilə bağlı Vaşinqton ümidverici mövqe tutmaqdadır: “Amerika Qarabağdakı ermənilərin təhlükəsizliyinə və hüquqlarına zəmanət verməyimizi qəbul edir və Qarabağı Azərbaycan ərazisi kimi tanımaqdadır. Vaşinqton sülh sənədini də belə görür. Artıq status, Minsk Qrupu sözləri ABŞ rəsmilərinin dilindən eşidilmir. Laçın dəhlizində sərhəd və gömrük xidmət açılmasını da aqressiv qarşılamadılar. Mayın ikinci yarısında liderlərin Vaşinqton görüşü də istisna edilmir. ABŞ Rusiyanı qabaqlamaq və bölgədə strateji dominantlığı ələ almağa çalışır. Odur ki, hər nə qədər erməni pulu ilə qidalanan konqresmenlər uğursuz layihələr irəli sürsə də, Azərbaycana səfir təyin olunmasa da, ABŞ sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Baydendən sonra ölkəmizə səfir təyin olunacağını da gözləyirəm. Demokratlar ermənipərəst olduğu üçün Azərbaycana bu münasibəti bəsləyirlər”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

    

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR