İnsanlara hürriyət, millətlərə istiqlal!

İki güləşçimiz dünya çempionu oldu

673 23.09.2023 10:23 İdman A A

Azərbaycanın üç güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında final görüşünə çıxıb.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli həlledici qarşılaşmada gürcüstanlı Nuqzari Tsurtsumiaya 13:4 hesabı ilə qalib gələrək, üçüncü dəfə dünya çempionu olub.

82 kiloqram çəkidə yarışan Rafiq Hüseynov finalda iranlı Əlirza Mohmadipianini 2:1 hesabı ilə məğlub etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

77 kiloqram çəki dərəcəsində güləşən Sənan Süleymanov isə qızıl medal uğrunda görüşdə qırğızıstanlı Akjol Mahmudova sonuncu xal prinsipinə əsasən (1:1) uduzub və ikinci yerlə kifayətlənib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR