İnsanlara hürriyət, millətlərə istiqlal!

İki bacanağın öldüyü qəza yerindən GÖRÜNTÜLƏR

1093 12.07.2023 18:33 Hadisə A A

Xəbər verdiyimiz kimi ötən gecə Qobustanda iki bacanağın ölümü ilə nəticələnən ağır qəza baş verib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı-Şamaxı yolunun Şıxzahırlı kəndi yaxınlığından keçən hissəsində “Mercedes 190” markalı 10-ZT-481 dövlət qeydiyyat nişanlı avtomobil dərəyə yuvarlanıb.

Avtomobildə olan sürücü, 1985-ci il təvəllüdlü Cavid Mürsəliyev və sərnişini, bacanağı Cavid Həmzəyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Onlardan birinin meyiti avtomobildən çıxaraq dərəyə düşüb.

Bildirilir ki, C.Mürsəliyev Qobustan şəhərində yaşayırmış. Onun bacanağı Cavid Həmzəyev Cəlilabad rayonunda qeydiyyatda olsa da, Qobustan rayon Cəngi kəndində yaşayırmış.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR