İnsanlara hürriyət, millətlərə istiqlal!

İdarəetməni itirən motosiklet sürücüsü tramvaya çırpıldı - VİDEO

534 24.09.2022 15:35 Hadisə A A

Türkiyədə dəhşətli qəza baş verib.

Musavat.com xəbər verir ki, İstanbulda baş verən ağır qəzada 19 yaşlı gənc yaralanıb.

2 gün əvvəl motosiklet alan 18 yaşlı Ekrem Bora 19 yaşlı dostu İdris Aslanla birlikdə motosikletlə gedərkən tramvaya çırpılıb.

Motosikletin arxasında əyləşən İdris Aslan zərbənin təsirindən tramvayın altında qalaraq metrlərlə sürüklənib. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan Aslanın həyati təhlükəsi var.

İşıqforun qırmızı işığı yanarkən yolu keçmək istəyən piyadanı vurmamaq üçün manevr edən motosikletçi Əkrəm Bora idarəetməni itirməsi nəticəsində hərəkətdə olan tramvaya çırpılıb. Tramvay yolundakı qəzadan sağ çıxan Ekrem Bora ağır yaralanan dostu İdris Aslanı xəstəxanaya çatdırıb. 

Dəhşətli qəza ətrafdakı iş yerlərinin təhlükəsizlik kameralarına da əks olunub.

Sözügedən hadisənin görüntülərin təqdim edirik:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR