İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüseyn Cavidin ABŞ-dakı büstünü hazırlayan gənc heykəltəraş: “Bu, bizim üçün yeni təcrübə idi”

636 05.05.2022 16:43 Mədəniyyət A A

 

Xəbər verdiyimiz kimi Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ABŞ-a rəsmi səfəri çərçivəsində Hüseyn Cavidin barelyefinin açılışında iştirak edib. Barelyef Mədəniyyət Nazirliyinin sifarişi ilə Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə hazırlanıb. Böyük mütəfəkkirin barelyefinin təqdimatı Amerika-Azərbaycan Ticarət Palatasının binasında reallaşıb.

Qeyd edək ki, Hüseyn Cavidin barelyefinin müəllifi heykəltəraş Kamran Əsədovdur. Hazırda ABŞ-da səfərdə olan gənc heykəltəraş barelyefin hazırlanma prosesi haqqında Musavat.com-a danışıb. O bildirib ki, bu layihənin üzərində təxminən 2 ilə yaxın işləyiblər:

“Bir neçə eskiz təklif olmuşdu və sonda barelyef formasına üstünlük verdik. Beləliklə, komanda şəklində işləyərək, uzun çəkən prosesdən sonra barelyefi hazırladıq.  Qeyd edim ki, “Art bronze” şirkəti ilə birgə hazırlanan barelyefin materialı bürüncdəndir. Barelyefin üzərində ingilis dilində məlumat lövhəsi də yerləşdirmişik. Hətta QR kodla Hüseyn Cavidin ev muzeyinin səhifəsinə keçid vermişik ki, xarici vətəndaşlar dramaturq barədə daha ətraflı məlumat ala bilsinlər. Bu, bizim üçün yeni təcrübə idi. Bu işdə ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışovun çox böyük əməyi keçib. Hüseyn Cavid irsini araşdıranlarla birgə bu layihədə iştirak etmək mənim üçün çox önəmlidir”.

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR