İnsanlara hürriyət, millətlərə istiqlal!

Hulusi Akar: “Türkiyənin gücü Azərbaycanın gücüdür” - Qardaş ölkədə Zəfər Bayramı - FOTOLAR

607 08.11.2022 13:39 Gündəm A A

Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Azərbaycanın Türkiyədəki Səfirliyinin və Səfirlik nəzdindəki Hərbi Attaşeliyin təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində qazanılmış Zəfərin 2-ci ildönümünə həsr olunan rəsmi qəbul və konsert keçirilib.

Musavat.com bununla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən xəbər verir. Məkumata görə, Azərbaycan və Türkiyənin dövlət rəsmilərinin, millət vəkillərinin, şəhid ailələrinin və qazilərin iştirak etdiyi tədbir şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükut və iki ölkənin dövlət himnləri ilə başlayıb.

Azərbaycanın şanlı müstəqillik tarixini əks etdirən "Tarix yazan Ordu" filminin nümayişindən sonra açılış çıxışları edilib.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar çıxışında Azərbaycan -Türkiyə qardaşlığının, birliyinin əbədiliyinə diqqət çəkib. Nazir Türkiyə ilə Azərbaycanı eyni gördüklərini, Türkiyənin gücünün Azərbaycanın gücü, Azərbaycanın gücünün Türkiyənin gücü olduğunu qeyd edib. Nazir Azərbaycan torpaqları 30 ilə yaxın işğalda olduğu müddətdə, yüz minlərcə azərbaycanlı torpaqlarından məcburi köçkün olduğu, Xocalı faciəsi törədildiyi zaman səsini çıxarmayanların indi ortaya çıxmasının xüsusi diqqət çəkdiyini vurğulayıb. Bildirib ki, 44 günlük müharibə türkün gücünü dünyaya göstərdi. Bundan sonra da Azərbaycan və Türkiyə birlikdə hərəkət etməyə davam edəcəklər.

Azərbaycan - Türkiyə Parlamentlərarası Əməkdaşlıq qrupunun sədri Əhliman Əmiraslanovun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin çıxışlarında 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi mənəvi, siyasi dəstəyə toxunulub, Şuşa Bəyannaməsi ilə ikitərəfli münasibətlərimizin müttəfiqlik səviyyəsinə yüksəldiyi xüsusi qeyd olunub.

Tədbirin bədii hissəsində Azərbaycan və Türkiyənin sevilən sənətçilərinin ifaları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Zəfər tədbiri Türkiyənin aparıcı mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR