İnsanlara hürriyət, millətlərə istiqlal!

Hraparak: Müqavilə imzalamaq başqa, silah verilməsi isə tamam başqa məsələdir

604 20.06.2024 13:25 Region A A

 

Rəsmi İrəvanın Fransadan 36 ədəd “Sezar” özüyeriyən artilleriya qurğusu alması Ermənistanda  böyük sevincə səbəb olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli “Hraparak” qəzeti bununla bağlı başqa bir maraqlı məlumat yayıb.

Qəzetin rəyini aldığı yerli ekspertlərin fikrincə müqavilə imzalamaq başqa, Ermənistana silah vermək isə başqa şeydir.

“Bundan əlavə, artilleriya silahlarından istifadə edə bilən kadrlar olmalıdır, siz onları öz sisteminizə inteqrasiya etməlisiniz. Hər artilleriya qurğusuna ən azı 2000-3000 mərmi, NATO standartlarına görə isə 6000 mərmi lazımdır. Başqa sözlə, 30 silah varsa, 180 min mərmi olmalıdır”, - deyə qəzet qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR