İnsanlara hürriyət, millətlərə istiqlal!

Hrant Mikaelyan: “Sülh prosesi yoxdur, Ermənistanın hərbi-diplomatik sahədə bitirilməsi prosesi gedir”

728 12.09.2023 16:18 Region A A

“Çox vaxt təhlilimizi əsaslandırdığımız bir neçə zehni konstruksiyamız var. Fikrimcə, bu konstruksiyalar bizi reallıqdan uzaqlaşdırır və onu daha yaxşı başa düşməyə aparmır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Hrant Mikaelyan “Ermənistan-NATO: yeni çağırışlar, yoxsa imkanlar?” mövzusunda keçirilən dəyirmi masada deyib.

“Məsələn, sülh prosesi. Sülh prosesi yoxdur axı, biz sülhə doğru getmirik və müqaviləsi imzalansa belə, sülh olmayacaq. Müvafiq olaraq, Ermənistanın sadəcə olaraq hərbi-diplomatik bitirilməsi prosesi gedir. Yeganə sual Ermənistanın gələcək kapitulyasiyasında vasitəçinin kim - Rusiya, yoxsa Qərbin olacağı ilə bağlıdır. Yekunda Ermənistan bu prosesdə uduzmuş, itirən və uduzacaq tərəfdir”, - deyə Mikaelyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR