İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hozu Cangüdən" filminin qala gecəsi baş tutdu - Fotolar

3881 01.11.2022 15:51 Şou-biznes A A

Oktyabrın 31-də "Hozu Cangüdən" filminin qala gecəsi keçirilib.

Musavat.com-un xəbərinə görə, "Park Cinema Flame Towers" kinoteatrında keçirilən gecədə filmin aktyor və yaradıcı heyəti jurnalistlərin qarşısına keçərək film haqqında açıqlama verib. Baş rolları aktyor Məcid Hüseynov və aktrisa Kamilə Babayevanın paylaşdığı ekran əsərində əməkdar artist Elza Seyidcahan da rol alıb.

Aktyor Məcid Hüseynov filmlə bağlı jurnalistlərə danışarkən bildirib:

"Bu film hər kəs üçündür. Biz ümid edirik "Hozu Cangüdən" hər kəsdə yaxşı xatirələr və ancaq təbəssüm yaradacaq. Hər kəsi noyabrın 1-dən "Park Cinema"da "Hozu Cangüdən" filmini izləməyə dəvət edirik".

Qeyd edək ki, tamaşaçılar filmi "Park Cinema" kinoteatrının Park Bulvar, Metro Park, Alov qüllələri, Aygün Mall və Zagulba Mall filiallarında izləyə bilərlər.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR