İnsanlara hürriyət, millətlərə istiqlal!

Hissin sirri açıldı - Niyə bunu mediadan gizlədirsiz?! - VİDEO

2817 16.07.2024 16:58 Şou-biznes A A

Gənc ifaçı Hiss (Röya Məmmədova) açıqlamaları ilə gündəmə gəlib. 

Yenisabah.az xəbər verir ki, “Zarafat bir yana” verilişinin qonağı olan  müğənni tamaşaçıların verdiyi sualları canlı efirdə cavablandırıb. 

Belə ki, tamaşaçılardan biri ona “Siz uşaqlar evinə tez-tez yardım edirsiniz, niyə bunu mediadan gizlədirsiniz?” -, deyə sual ünvanlayıb.

Hiss isə cavabında bunu

“Təbii ki, yardımlar edirəm. Hətta mənimlə birgə uşaq evində böyüyən uşaqlara da dəstək oluram. Bunu paylaşmağa gərək duymuram. Kimə və niyə özümü sübut etməyə çalışım ki? Bunu etsəm özümü saxta hiss edərəm. Əsas odur ki, mən, mənim yaxın ətrafım və yardım etdiklərim bunu bilir. Paylaşmağa isə kompleksim var”. 

Həmin görüntüləri təqdim edirik: 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR