İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan Rusiyaya neftə görə yuan ödəməyə başlayıb: Moskva külli miqdarda Çin valyutasını xərcləməyə yer tapmır

716 08.07.2023 13:17 Hadisə A A

Hindistanın neft emalı zavodları Rusiyadan aldıqları neftin dəyərini yuanla ödəməyə başlayıblar. Reuters-in Hindistan hökumətindəki mənbələrə istinadən xəbər verir ki, Rusiya neftinə görə dollarla ödəniş etmək banklara görə mümkün olmur. Buna görə də Hindistan şirkətləri digər valyutalarla ödəniş etməli olurlar.

Agentlik yazır ki, iyunda Hindistanın dövlət şirkətləri arasında ilk olaraq Indian Oil Corporation neftə görə yuanla ödənişə başlayıb. Rusiyadan neft alan 3 böyük özəl şirkətdən ikisi bundan əvvəl yuanla ödənişə keçmişdi. Xırda şirkətlərin bir çoxu isə Birləşmiş Ərəb Əmirlikləri dirhəmi ilə ödəniş edirlər.

Rusiya dirhəmlə ödənişləri genişləndirmək istəsə də, BƏƏ Mərkəzi Bankı ABŞ-ın xəbərdarlığından sonra dirhəmdən istifadəyə məhdudiyyətlər tətbiq etməyə başlayıb. Bu məhdudiyyətlər üzündən Moskva valyuta birjasında dirhəm hərraclarının təşkili mümkün olmayıb.

Hindistanla yanaşı, Rusiya neftinin ən böyük alıcısı olan Çin də alışların 80 faizdən çoxunun dəyərini yuanla ödəyir.

Bloomberg-in yazdığına görə, Rusiya neftə görə aldığı yuanın ifrat bolluğu ilə üzləşib. Çin şirkətləri Rusiyaya məhsul ixracını genişləndirməkdə maraqlı olmadıqları üçün neftə görə alınan yuanın böyük bir qismi şirkətlərin hesabında yatıb qalır...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR