İnsanlara hürriyət, millətlərə istiqlal!

Heyətdən çıxarılan Ronaldonun cavab mesajı

1271 21.10.2022 09:25 İdman A A

“Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 13-cü turunun "Çelsi" ilə matçı üçün heyətdən kənarlaşdırılmasına münasibətini bildirib.

Portuqaliyalı futbolçu ilə bağlı belə bir qərarın verilməsinə onun, klubunun fikrincə, intizamsız davranışı səbəb olub. Ronaldo Premyer Liqanın 12-ci turunun "Tottenhem"lə keçirilən görüşün 89-cu dəqiqəsində stadionu tərk edib. Onun həmin oyunun gedişindən meydana daxil olmaqdan imtina etməsi ilə bağlı xəbərlər də yayılıb.

Qol.az xəbər verir ki, Ronaldo sosial şəbəkə hesablarında açıqlama yayaraq bildirib: “Karyeram boyu həmişə etdiyim kimi, həmkarlarıma, rəqiblərimə və məşqçilərimə hörmətlə yaşamağa və oynamağa çalışıram. Bu yanaşmam dəyişməyib. Mən dəyişməmişəm. Mən son 20 ildə futbolu ən yüksək səviyyədə oynadığım eyni insan və eyni peşəkaram. Mənim qərarvermə prosesində hörmət həmişə çox mühüm rol oynayıb.

Çox peşəkar futbola çox gənc yaşımda başlamışam. Yaşlı və təcrübəli oyunçuların nümunələri mənim üçün həmişə çox önəmli olub. Ona görə də özüm də oynadığım bütün komandalarda gənclərə həmişə nümunə olmağa çalışmışam. Təəssüf ki, bu, həmişə mümkün olmur və bəzən ehtiraslar bizə üstün gəlir.

Hazırda mən hiss edirəm ki, çox çalışmağı davam etdirməli, komanda yoldaşlarımı dəstəkləməli və istənilən oyunda hazır olmalıyam. Təzyiqlərə boyun əymək çıxış yolu deyil. Bu, heç vaxt baş verməyəcək. Bu, “Mançester Yunayted”dir və biz dözməliyik. Tezliklə yenidən birlikdə olacağıq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR