İnsanlara hürriyət, millətlərə istiqlal!

"Həyatımı Balotelliyə etibar edərdim" - Haaland

893 15.10.2022 18:33 İdman A A

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland Britaniya mətbuatının bir sıra suallarını cavablandırıb.

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, o, həyatını kimə etibar edəcəyini və kimi kimsəsiz adaya aparacağı ilə bağlı sualara cavab olaraq deyib:

"Həyatımı kimə etibar edərdim? - Özümə, çünki öz qabiliyyətlərimə çox güvənirəm. Əgər başqasını demələyimsə, Mario Balotellini seçərdim. O, indiyə qədər gördüyüm ən yaxşısıdır. O, həqiqətən yaxşı insandır. Ona görə də həyatımı özümə və ya ona etibar edərdim.

Kimi özümlə kimsəsiz adaya aparardım? - Kevin De Brüyneni. Orada da mənə əla qol ötürmələri verərdi. Valideynlərim də mənə qayğı göstərsinlər və mənim üçün yaxşı Norveç yeməkləri bişirsinlər".

Qeyd edək ki, Haaland bu mövsüm "Mançester Siti" ilə bütün turnirlərdə 12 matçda 20 qol vurub, 3 qolun ötürməsini verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR